“Ümummilli lider Heydər Əliyevin fəaliyyəti” mövzusunda “Açıq dərs”

Məktəbimizdə “Ümummilli lider Heydər Əliyevin fəaliyyəti” mövzusunda “Açıq dərs” keçirildi. Şagirdlər Ümummilli Liderin həyatının, çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən material və fotoşəkillərlə tanış oldular. Dərsdə tarix müəllimi Aygün Babayeva tərəfindən şagirdlərə Ulu Öndərin həyatı, fəaliyyəti barədə geniş məlumat verildi. Diqqətə çatdırıldı ki, dahi öndərin həyatını vərəqləsək Azərbaycan xalqına misilsiz xidmətlərinin parlaq nümunələri gözlərimiz önündə canlanar. Azərbaycan xalqı üçün Heydər Əliyev dahi və əvəzolunmaz tarixi şəxsiyyətdir. ”Açıq dərs”də Ulu Öndərin zəngin irsinin gənclərimiz tərəfindən öyrənilməsinin vacibliyi diqqətə çatdırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi