“Gəlin birgə oxuyaq!”
Hər il aprelin 23-də "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil müəssisələrinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçirilir.
Aprel ayının 20-də Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirildi. Bu tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olunmasıdır. Həmin məqsədlə məktəbimizin 5 A sinif şagirdləri də tədbirdə iştirak etdilər. Müəllim Sevinc Rəhmanovanın təşkilatçılığı ilə tədbirə qatılan şagirdlər çox böyük sevinc hissi keçirdilər.