Bölgə məktəbləri ilə əməkdaşlıq

                      Masallı rayon Dəmirçi kənd orta məktəbinin 2 A sinfini və  Bakı şəhəri Xətai rayonu 24 nömrəli tam orta məktəbin 3 A sinfini “qardaş siniflər” adlandırmaq olar.  Şagirdlər bir-birilərini görməsələr də müəllimləri İmanbəyli İradənin və İsmayılova Samirənin səmimi və fərqli  təşəbbüsləri nəticəsində məktublaşır, müxtəlif oyunlar oynayır və qardaş sinfin şagirdlərinə hədiyyələr göndərirlər. Hər iki məktəbin sinif rəhbərlərini uğurla başlatdıqları bu proyektə görə təbrik edirik. Ümid edirik ki, qurduqları münasibətin növbəti mərhələlərində bir-birilərini əyani olaraq tanıyacaqları şəraiti əldə edəcəklər və başlatdıqları bu xoş təşəbbüs qısa müddətdə respublikamızın bütün bölgə məktəblərində öz əksini tapacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi