“Ağacəkmə aksiyası” keçirildi

Bu gün məktəbimizdə Ətraf mühitin mühafizəsi” naminə “Ağacəkmə aksiyası” keçirilmişdir. Direktor müavini İsmixan Məmmədovun təşkilatçılığı ilə məktəbimizin həyətyanı sahəsində 20 ədəd şam ağacı əkilmişdir. Aksiyaya məktəbimizin yuxarı sinif şagirdləri də qoşuldular.  Bu cür aksiyaların keçirilməsində məqsəd ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi