“Tarix aylığı” çərçivəsində “Breyn-rinq” İntellektual yarışması keçirildi

Məktəbimizdə “Tarix aylığı” çərçivəsində “Breyn-rinq” intellektual yarışması keçirildi. Tarix müəllimi Xurşud Vəliyevanın 5 Ç sinif şagirdləri ilə birlikdə Azərbaycan Demokratik Respublikasının tarixini özündə əks etdirən “Bir dəfə qalxan bayraq” adlı intellektual yarışma təşkil etdi. Akt zalında təşkil olunmuş yarışmada direktor, direktor müavini, fənn müəllimləri iştirak edirdi. Şagirdlər komandalar şəklində yarışırdılar. Komandalar bayrağımızın rənginə uyğun olaraq “Göy”, “Qırmızı”, “Yaşıl” adlandırılmışdılar. Şagirdimizin M.Ə.Rəsulzadəni canlandırması böyük marağa səbəb oldu. İntellektual yarışma qalib komandanın seçilməsi ilə nəticələndi. Şagirdlərə rəhbərliyin həvəsləndirici diplomları paylanıldı.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi