“XVIII əsr Azərbaycan mədəniyyəti” adlı “Açıq dərs”

Məktəbimizdə “Tarix aylığı” çərçivəsində “XVIII əsr Azərbaycan mədəniyyəti” adlı “Açıq dərs” keçirildi. Tarix müəllimi Aygün Babayevanın 8-ci sinif şagirdləri ilə keçirdiyi “Açıq dərs”də direktor, direktor müavini, fənn müəllimləri iştirak edirdi. Şagirdlərin hazırladıqları plakatlar, stendlər böyük marağa səbəb oldu. Eyni zamanda Azərbaycanın mədəniyyətini özündə əks etdirən slaydlar da dərsi izləyənlərə təqdim olundu. “Açıq dərs” uğurla yekunlaşdı. Sonda məktəbin direktoru Şəhanə Əhmədova dərsi təşkil edənlərə öz minnətdarlığını bildirdi və tariximizə hər zaman diqqətlə yanaşmağı tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi