2 Aprel Ümumdünya Autizm Günü
2 Aprel Ümumdünya Autizm Günü BMT-nin 18 dekabr 2007-ci il 62,139 qərarı ilə Qatar dövlətinin təklifi əsasında təsis olunub. Bu gün bütün dünya ölkələrində olduğu kimi artıq bir neçə ildir ki, ölkəmizdə də geniş miqyasda qeyd edilir.
Autizmlə əlaqədar maarifləndirmənin artırılması və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək məqsədi ilə məktəbimizdə 3 A sinif şagirdləri müəllim Samirə İsmayılovanın rəhbərliyi altında tədbir keçirdi. Şagirdlər autizmli uşaqlara dəstək məqsədi ilə müxtəlif rənglərdən istifadə edərək ağ plakat üzərində əl izlərini qoyaraq “Autizm” plakatı hazırladılar.