2 Ç sinfində “Açıq dərs” keçirildi

             Məktəbimizdə müəllim Mədinə Yusifovanın təşkilatçılığı ilə 2 Ç sinfində “Açıq dərs” keçirildi. Mülki müdafiəyə həsr olunmuş dərsin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının öyrənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmaq yollarını öyrətmək, mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə  geniş və ətraflı məlumat verməkdən ibarətdir. Dərslər zamanı şagirdlərə fövqəladə hadisələr, mülki müdafiə, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, əleyhiqazlardan istifadə, dəm qazından zəhərlənmələr, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilib. Həmçinin  şagirdlərin fövqəladə hallarla əlaqədar bilik və  bacarıqları da yoxlanılıb.

       Tədbir zamanı şagirdlər fövqəladə hadisələr baş verərsə, yaralılara ilk tibbi yardım göstərmək və təxliyə olunmaq bacarıqlarını da nümayiş etdiriblər. Dərsi izləyən müəllimlər “Açıq dərs”in təşkilindən razı qaldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi