“Kitabları sevək” mövzusunda müzakirə

                 Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür. Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Danimarka yazıçısı Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir.                                         

              Bu tarixlə əlaqədar hər il məktəbimizin kitabxanasında tədbirlər keçirilir. Bu gün də kitabxanada 4 A sinif şagirdləri ilə “Kitabları sevək” mövzusunda müzakirə təşkil olundu. Müzakirə zamanı kitabxanaçı Vüsalə Əliyeva şagirdlərə kitabxana və kitabların həyatımızda rolu və əhəmiyyətindən danışdı. Əlamətdar günlə bağlı şagirdlər maraqlı fikirlər söylədi, kitab və kitabxana haqqında dahi şəxsiyyətlərin söylədiyi fikirlər diqqətə çatdırıldı. Şagirdlər tərəfindən kitaba aid söylədikləri şeir və aforizimlər hamının marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi