Pedaqoji Şuranın növbəti iclası keçirildi
Məktəbimizdə 29 mart 2019-cu il tarixdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. Direktor Şəhanə Əhmədova gündəlikdə duran məsələlərlə bağlı müəllimləri tanış etdi. O, Azərbaycan dövlətinin, ölkə prezidentinin ictimai, siyasi, sosial-iqtisadi sahələrdə dinamik inkişafı ehtiva edən fəaliyyəti, ölkəmizdə aparılan quruculuq işləri və bu sahədə məktəbimizdə keçirilmiş tədbirlər haqqında öz fikirlərini bildirdi. Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Orucova 9-cu siniflərdə keçirilən monitorinqlərin nəticələrini şura üzvləri ilə müzakirə etdi. O cümlədən birinci sinfə şagird qəbulu ilə bağlı məsələlər də müzakirə edildi. Pedaqoji Şura iclası uğurla başa çatdı.