Novruz adət-ənənələrini unutmayaq

         Hər xalqın həyatında, məişətində çoxlu bayramlar olsa da, onlardan biri daha məşhur, daha sevimli olur. Azərbaycan xalqının da elliklə keçirdiyi belə bir bayram Novruz bayramıdı.     

        18 mart 2018-ci il tarixdə məktəbimizdə Novruz bayramına aid tədbir keçirildi. İbtidai sinif müəllimi Samirə İsmayılovanın təşkilatçılığı ilə keçirilən tədbir məktəbimizin foyesindən start götürdü. Tədbir iştirakçıları milli geyimlər geyinərək məktəbdə bahar əhvali-ruhiyyəsi yaratdılar. Daha sonra adət-ənənəyə uyğun olaraq qapılara papaqlar atıldı. Bu dəfə fərqli olaraq papaqlara “Novruz adət-ənənələri”nə aid suallar qoyulmuşdu. Şagirdlər həmçinin "haxıştalar" söyləyərək tədbiri şənləndirdilər. Tədbir hamıda xoş təəssürat oyatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi