Mövzu qiymətləndirmə imtahanı keçirildi
15 mart 2018-ci il tarixində məktəbimizdə 9-cu siniflərdə mövzu imtahanı keçirildi. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş bu mövzu qiymətləndirmə imtahanı zəif təlim nəticəli şagirdlərin müəyyənləşdirilməsi və həmin şagirdlərlə məqsədyönlü işin təşkili məqsədini daşıyır. İmtahan tədris dili, riyaziyyat və ingilis dili fənlərindən təşkil olunmuşdu. Obyektivliyi təmin etmək məqsədilə direktor Şəhanə Əhmədova nəzarətçilər təyin etdi. İmtahan uğurla başa çatdı.