Analara hədiyyə

    Ülvilik,zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Analara hörmət bizim hər birimizin mənəvi borcudur. Bu mövzuya uyğun  məktəbin 1-ci sinif müəllimi Rəxşəndə Kərimovanın 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə keçirdiyi “Təsviri incəsənət” dərsi şagirdlərdə böyük maraq oyatdı. Şagirdlər "Analara hədiyyə" adı altında dərsdə açıqcalar hazırladılar. Rənglərdən məharətlə istifadə edən birincilərin açıqcaları valideynlər üçün gözəl xatirə olaraq qalacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi