Kitabsevərlər klubunun növbəti yığıncağı

    Məktəbimizin ibtidai sinif müəllimi İsmayılova Samirənin təşkilatçılığı ilə 3 A sinif şagirdlərindən təşkil olunan "Kitabsevərlər klubu"nun üzvləri F.Köçərli adına Respublika Kitabxanasının 2 nömrəli filialında olmuşlar. Filial müdiri Seyidova Gülarə  kitabxananın fəaliyyəti  haqqında məlumat vermiş, kitabxananın nəşr etdiyi "Göy qurşağı"  jurnalı ilə şagirdləri tanış etmişdir. Şagirdlər yeni nəşrlərlə tanış olmuş və ay ərzində oxuduqları kitablardan ən maraqlı obrazlar haqqında danışmışlar. Kitabxanada keçirilən zamanın onlar üçün çox maraqlı  olduğunu bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi