Şagirdlərin fərqli keçən “Təsviri incəsənət”dərsi
Təsviri incəsənət dərsində “Rəngkarlıq” adlı dərsimiz həmişəkindən fərqli keçdi. Belə ki, dərs zamanı dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan Mətanət Hüseynova ilə canlı bağlantı quran, məktəbimizin 3a sinif rəhbəri İsmayılova Samirənin təşkilatçılığı ilə baş tutan dərsdə, uşaqlar Mətanət xanımın əl işləri ilə tanış oldular. Bu sənətin gözəllikləri və incəlikləri ilə yaxından tanış olan şagirdlər dərsdən çox razı qaldılar.
Dərsdə eyni zamanda “Quiver” proqramından da istifadə olundu. Bu proqram uşaqların ağ vərəq üzərində rənglədikləri şəkilləri hərəkətə gətirərək, şagirdlərin bu günkü sevincini ikiqat artırdı.