“Xocalı qurbanları” bir dəqiqəlik sükutla yad edildi
Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəbimizdə “Xocalı qurbanları” bir dəqiqəlik sükutla yad edildi. Eyni zamanda bütün dərslər də “Xocalı soyqıqımına” həsr olundu. Dərs zamanı Xocalının tarixi,coğrafi mövqeyi,faciədən əvvəl əhalinin sayı və tərkibi,iqtisadi göstəriciləri,təhsil,səhiyyə,mədəniyyət ocaqları,tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Həmçinin faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından və soyqırımı törədənlərdən bəhs olundu. İbtidai siniflərdə isə ilk dərslər sinif otaqlarında hazırlanmış Xocalı soyqırımına həsr olunmuş anım guşələrinin önünüdə vətənpərlik mövzusunda şagirdlər şeirlər söylədilər, soyqırımı haqqında müəllimlərin verdikləri məlumatları dinlədilər.