“Xocalı harayı” adlı tədbir
Bakı Şəhəri üzrə Təhsil idarəsinin 15.02.2019-cu il tarixli, F-98 nömrəli əmrlərinin əsasında tədbirlər planı təsdiq olunmuşdur. Tədbirlər planında qeyd olunan məsələlərin həyata keçirilməsi ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma vətənə sevgi, məhəbbət hisslərini aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri hər bir kəsə çatdırmaq məqsədi daşıyır. Bu əmrə əsasən məktəbimizdə “Xocalı harayı” adlı tədbir keçirildi. Məktəbimizin şagirdlərinin iştirakı və müəllimlər Elmira Cabbarova,İradə Nuriyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər. Faciənin acılarını özündə əks etdirən tədbir şagirdlərin şeirləri, vətənpərvər mahnıları ilə başa çatdı. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Şəhanə Əhmədova bildirdi ki, bu məsələ dövlətimizin diqqətindən kənarda qalmır və hər il dövlət səviyyəsində soyqırım qurbanlarının əziz xatirəsi anılır, ildönümü qeyd olunur. O, qeyd etdi ki, Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.