“Mənim Ana dilim”

Məlum olduğu kimi, 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyev ana dilimiz haqqında deyirdi: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm".                                                                                 Bu məqsədlə məktəbimizdə tədbir keçirildi. 5 B sinif şagirdlərinin müəllim Kəmalə Nəcəfovanın rəhbərliyi və musiqi müəllimi İradə Nuriyevanın iştirakı ilə təşkil etdiyi tədbir “Mənim Ana dilim” mövzusuna həsr olunmuşdu. Tədbir himnimizin səsləndirilməsi ilə açıq elan edildi. Daha sonra şagirdlər “Ana dili” mövzusuna həsr olunmuş şeirlər söylədilər,musiqilər səsləndirdilər. Sonda direktor Şəhanə Əhmədova tədbirin məqsədindən danışarkən:”Ana dilinə qayğı göstərilməsi o dilin ömrünün neçə yüzilliklər bundan sonra da uzanmasına səbəb olur. Dilsiz xalq heç zaman öz keçmişini tanımaz, ulu əcdadları ilə fəxr edə bilməz. Dil bizim mayalandığımız, ilhamlandığımız və istinad etdiyimiz sərvətimizdir” söylədi. Tədbir uğurla yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi