“Valideynin Məktəbdə Bir Günü “ layihəsi

            Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığın təmin olunması,istər infrastruktur,istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi məqsədilə 19.02.2019-cu il tarixində 24 №-li tam orta məktəbdə “Valideynin Məktəbdə Bir Günü “ layihəsi həyata keçirildi. Bütün siniflərin şagirdlərinin valideynləri məktəbə dəvət olunmuşdur. İlk öncə məktəbin foyesində valideynlər növbətçilər tərəfindən qarşılandı. Məktəbin akt zalında tədbirin rəsmi açılışı dövlət himninin səsləndirilməsi ilə başlandı. Daha sonra məktəbin direktoru Şəhanə Əhmədova bu layihənin həyata keçirilməsində məqsəd:"valideynlərin övladlarının oxuduğu məktəblə, pedaqoji kollektivlə, onların təhsil səviyyələri ilə tanış olmağıdır" söylədi. Tədbirdə direktor müavini Sevinc Orucova valideynlərin suallarını cavablandırdı və onlara yeni qiymətləndirmə üsulu haqqında geniş məlumat verdi. Bakı Baş Təhsil İdarəsinin əməkdaşı Fərman Abdullayev də tədbirə qatılanlar sırasında idi. Cari il ərzində məktəbimizdə görülən işlər,keçirilən tədbirlər video çarx şəklində təqdim olundu. Daha sonra valideynlər istədikləri siniflərdə dərsləri müşahidə etdilər. Layihə çərçivəsində valideynlər məktəblə əyani tanış oldular. Şagirdlərin valideynlər üçün hazırladıqları bədii çıxışlarla tədbirə yekun vuruldu. Sonda məktəbin direktoru belə görüşlərin, məktəb - valideyn əməkdaşlığının şagirdlərin naliyyətlərinə çox böyük təsir edəcəyini söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi