"Gənc nəsil vətənə bağlı, vətənpərvər insanlar olmalıdır"
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində bir sıra mühüm vəzifələr həyata keçirilməyə başladı. Bu zəmində əldə edilən nailiyyətlər milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin etməyə yönəldirdi. Bu dəyərlərin cəmiyyətə çatdırılması, təbliğ olunması istiqamətində ziyalıların, ilk növbədə təhsil işçilərinin üzərinə mühüm vəzifələr düşür. Bu məsələ ilə bağlı məktəbimizdə bir neçə tədbir keçirildi. Bu cür tədbirlərdən biri də müəllim Günay Cəfərovanın 6 C sinfində keçirdiyi “Açıq dərs” oldu. Tədbirdə video-slaydlar təqdim olundu. Şagirdlərin “Milli-mənəvi dəyərlər”lə bağlı öz fikirlərini söylədilər. Məktəbimizin tərbiyə işləri üzrə director-müavini İsmixan Həsənov şagirdlərə :”Gənc nəsil vətənə bağlı, vətənpərvər, vətəni hər şeydən üstün tutan insanlar olmalıdır”-söylədi.