“Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”

     BŞTİ-nin 07.02.2019-cu il tarixli F-89 nömrəli əmri ilə elan edilmiş Bakı şəhəri ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin 9-11-ci sinif şagirdləri arasında “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin məktəb turuna start verildi. Məktəb turunda müsabiqənin rayon turu üçün şagirdlər seçiləcək. Həmin şagirdlər komandalar şəklində təyin edilən məktəblərdə iştirak edəcəklər. Hər komanda üç nəfərdən ibarət olmaqla müsabiqəyə qatılacaq.Müsabiqə məktəb proqramı çərçivəsində 30 test sualdan ibarət olmaqla 1 saat 30 dəqiqə ərzində keçiriləcək. Şagirdlərimizə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi