“Azərbaycan gənclərinin milli dövlətçiliyimizin qorunmasında rolu”
Məktəbimizdə gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Mövzunun əhəmiyyətini qeyd edən tərbiyə işləri üzrə direktor müavini İsmixan Həsənov milli-mənəvi dəyərlərin hər bir gəncin həyatında mühüm yer tutduğunu bildirərək, bu xüsusiyyətlərə sadiq olmanın vacibliyini söyləydi. Tarix müəllimi Aygün Babayevanın rəhbərliyi ilə keçirilən dərs gənclərin milli ruhda tərbiyəsində və müstəqil dövlətçilik ənənələrinin inkişafındakı rolundan bəhs etdi. Dərsdə bu ruhda müxtəlif video-slaydlar təqdim olundu.