"El bilir ki, sən mənimsən,yurdum-yuvam məskənimsən" mövzusunda “Açıq dərs”
Məktəbimizin 5 A sinfinin şagirdləri müəllim Sevinc Rəhmanovanın rəhbərliyi ilə "El bilir ki, sən mənimsən,yurdum-yuvam məskənimsən" mövzusunda “Açıq dərs” keçirdilər. Dərsdə məktəbin direktoru Şəhanə Əhmədova,bəzi müəllimlər və valideynlər iştirak etdi. “Açıq dərs” innovativ və interaktiv dərs metodları əsasında qurulmuşdu. Məqsəd, Ana dilimizin müqəddəsliyinin,Azərbaycanın bütün bölgələrinin gözəlliyinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsi və mənimsənilməsi idi. Şagirdlər tədbiri qonaqlara “duz-çörək” təqdim etməklə başladılar. Onlar əzəldən bəri duz və çörəyin müqəddəsliyindən danışaraq Ulu Tanrının xəlq etdiyi bəndələrinə töhfələri arasında duz və çörəyin xüsusi yer tutduğunu söylədilər. Daha sonra şagirdlərimiz Azərbaycanın məşhur şair və yazıçıları, milli qəhrəmanları haqqında məlumatlar verdilər. Həmçinin Azərbaycanımızın gözəl guşələrini özündə əks etdirən video-salaydlar göstərildi. Şagirdlərin hazırladıqları kiçik səhnəcik qonaqların marağına səbəb oldu. Tədbir Ulu Öndər Heydər Əliyevin “Azərbaycan” şeirini söyləyərkən kədərləndiyini özündə əks etdirən video-slaydla tamalandı. Sonda direktorumuz Şəhanə Əhmədova müəllim Sevinc Rəhmanovaya,şagirdlərə və onlara köməklik edən valideynlərə öz təşəkkürünü bildirdi.