Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə ekskursiya
Şagirdlərimiz Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyaya getdilər. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Sevinc Rəhmanovanın rəhbərliyi ilə təşkil olunmuş ekskursiyada şagirdlər muzeyi təşkil edən otaqlarla tanış oldular. Onlar orada Tağıyevin iş kabineti,şərq zalı,kitabxana,bilyard otağı,yemək otağı,məlumat otağı, Sona xanım Tağıyevanın bəzək otağı – buduar,yataq otağı, təmizlik otağı ilə tanış oldular. Şagirdlər üçün xeyriyyəçiliklə məşğul olan bir insanın həyatı,yaşayışı çox maraq doğurmuşdu. Ona görə də onlar bu ekskursiyadan çox razı qaldılar.