Növbəti "Pedaqoji Şura" iclası keçirildi

          2018-2019-cu tədris ilinin I yarımilinin yekunları və II yarımildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş “Pedaqoji Şura” iclası keçirildi. İclasda əsas məsələlərdən biri kimi buraxılış siniflərdə məktəbdaxili qiymətləndirmənin nəticələrinin müzakirəsi götürüldü.

            2018-2019-cu tədris ilinin I yarımilinin yekununa dair hesabat xarakterli “Pedaqoji Şura” iclasını açıq elan edən direktor Şəhanə Əhmədova yuxarıda qeyd etdiyimiz məsələlərin müzakirəsinə başlamadan əvvəl musiqi müəllimi İradə Nuriyevaya “Əmək veteranı” vərəqəsini təqdim etdi. Daha sonra müəllim kollektivimiz adından müəllimimizi təbrik edərək, ona pedaqoji fəaliyyətində daha da yeni uğurlar arzuladı.  

             Direktor Şəhanə Əhmədova “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında “ Təhsil Nazirliyinin Fəaliyyət Planının təsdiq edilməsi barədə 15 yanvar 2019-cu il tarixli F-18 əmrinə əsasən uşaq və gənclərin sağlam düşüncəli, məntiqi təfəkkürlü, ideyaca yetkin , milli kökümüzə,xalqımızın mənəvi dəyərlərinə,adət-ənənələrinə sadiq vətənpərvər ruhda tərbiyə edilməsi və mütərəqqi dünyagörüşə malik şəxsiyyətlər kimi formalaşdırılması istiqamətində aparılan işlərin daha da gücləndirilməsi ilə əlaqədar müzakirələr apardı.

              “Pedaqoji Şura” iclası uğurla yekunlaşdı. Məktəbimizin kollektivinə cari tədris ilinin II yarımilində də uğurlar arzulayırıq.

 

               

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi