“Milli Nağıl ” müsabiqəsində uğurlu nəticə
Yetişməkdə olan gələcək nəsil arasında xalq sənətinə və qədim eposa olan məhəbbətin artırılması, həmçinin şifahi xalq yaradıcılığını təbliğ etmək məqsədilə 25 dekabr tarixində Xətai rayonu ümumtəhsil məktəbləri arasında “Milli Nağıl ” müsabiqəsi kеçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd uşaqları nağıl aləminə səyahətə aparmaq, onların intellektual səviyyəsini artırmaq, estetik zövqlərini inkişaf etdirmək və istedadlı uşaqları müəyyən etməkdən ibarətdir. Tədbirdə müxtəlif məktəblərin şagirdləri bir-birindən maraqlı, rəngarəng nağıllar səhnələşdirməklə öz istedad və bacarıqlarını nümayiş etdirdilər.Yarışda həmçinin məktəbimizin 4C sinif şagirdləri də ibtidai sinif müəllimi Arzu Məmmədovanın rəhbərliyi ilə iştirak etmişdilər. Onlar “Ədalətli seçim” nağılını səhnələşdirmişdilər. Şagirdlərin çıxışı münsiflər tərəfindən yüksək qiymətləndirilmiş və şagirdlərimiz II yerə layiq görülmüşlər. 4 C sinif şagirdləri başda müəllim Arzu Məmmədova olmaqla Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən II yerə layiq görülmüş və müvafiq diplomlarla təltif olunmuşdurlar. Məktəbin direktoru Şəhanə Əhmədova “Milli Nağıl ” müsabiqəsinin qaliblərini yüksək nailiyyətlərinə görə təbrik edərək,onlara həmin diplomları təqdim etdi və daha böyük müfəvvəqiyyətlər arzuladı.