Məktəbimizdə "Böyük summativ qiymətləndirmə" keçirilir
Məktəbin illik Fəaliyyət Planına uyğun olaraq əldə edilmiş şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə məktəbimizdə Böyük summativ qiymətləndirmə keçirilir. Böyük summativ qiymətləndirmə tapşırıqları 4-11-ci siniflərdə 15-20 sual olmaqla,həm açıq tipli, həm də qapalı tipli tapşırıqlardan ibarətdir. Şagirdlər onlara verilən vaxt ərzində verilmiş tapsırıqları cavablandırdılar. Məktəb rəhbərliyi tərəfindən hazırlanmış kodlaşdırılmış sistem üzrə keçirilən imtahanda paralel olmayan siniflərdən olan şagirdlər yanaşı yerləşdirilmişdi. Şagirdlər arasında köçürmənin qarşısının alınması məqsədi ilə nəzarətçi müəllimlər öz işlərinə çox ciddi yanaşaraq imtahanın şəffaflığını qorumuşdular. Qiymətləndirilmənin sualları şagirdlərin birinci yarımil ərzində öyrəndikləri mövzulara əsasən tərtib edilmişdir. Nəticələr obyektiv olaraq yoxlanıldıqdan sonra pedaqoji şurada geniş müzakirə olunaca