20 Yanvar faciəsinə həsr olunmuş daha bir tədbir
Məktəbimizdə rus bölməsi 5-ci sinif şagirdləri müəllim Ponomareva Natalyanın rəhbərliyi altında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq tədbir keçirdilər. Tədbirdə 20 Yanvar faciəsini özündə əks etdirən videoçarx nümayiş etdirildi. Məktəbin direktoru Şəhanə Əhmədova 20 Yanvar faciəsi haqqında şagirdlərə ətraflı məlumat verdi. Şagirdlər 20 Yanvar faciəsi barəsində öz fikirlərini bildirdilər. Sonda məktəbin direktoru şagirdləri 20 Yanvar faciəsini unutmamağa, tariximizi dərindən öyrənməyə, vətəni sevməyə çağırdı.