20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

            Məktəbimizdə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbiri 4 A sinif şagirdləri müəllim Hüseynova Aygünün rəhbərliyi ilə keçirdilər. Şagirdlər müəllimləri ilə birlikdə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şagirdlər 20 Yanvar faciəsi barəsində öz fikirlərini bildirdilər. Onlar şeirlər səsləndirdilər,musiqi oxudular. Şagirdlər həmçinin “Ülvü Bünyadzadənin öz müəllimi ilə dialoqu”na həsr olunmuş səhnəcik hazırlamışdılar. Məktəbin direktor müavini İsmixan Həsənov 20 Yanvar faciəsi barəsində ətraflı çıxış etdi. O, şagirdləri 20 Yanvar faciəsini unutmamağa, tariximizi dərindən öyrənməyə, vətəni sevməyə çağırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi