Zərərli vərdişlərlə mübarizə tədbirləri
Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması məqsədilə məktəbdə tədbirlər həyata keçirilib. Məktəbin akt zalında psixoloq Məhəbbət Hacıbabayeva yeniyetmələr arasında siqaretin zərərləri haqqında mühazirə oxuyub, şagirdlərə bu haqda film nümayiş etdirilib.
Məktəbdə valideyn iclaslarında söhbət aparmaq,məktəbin psixoloqu, həkimi və müəllimləri vasitəsilə şagirdlər arasında maarifləndirmə tədbirləri həyata keçirmək vacib məsələlərdir.