2 C sinfində “Açıq dərs”
Məktəbimizin 2 C sinfində “Açıq dərs” keçirildi. “Açıq dərs” ibtidai sinif müəllimi Türbət Bəylərovanın rəhbərliyi ilə təşkil olunmuşdu. Riyaziyyat fənninə aid olan dərs “Həndəsi fiqurlar” bölməsindən bəhs edirdi. Dərsdə şagirdlər böyük fəallıq göstərdilər. Onlar həndəsi fiqurlara aid tapmacalar da söylədilər. Nümunəvi dərsi izləyən rəhbərliyimiz və müəllim kollektivimiz çox razı qaldı.