3 B sinfində fərqli keçən “Ana dili” dərsi
Məktəbimizin ibtidai sinif müəllimi Günay Dadaşova Ana dili dərsinin fərqli keçməsi üçün şagirdlər arasında “Atalar sözü” yarışması keçirdi. Hər bir şagird fərqli mövzuda maraqlı atalar sözləri öyrənmişdi. Yarışma dialoq formasında keçdi. Ən çox atalar sözü bilən şagirdi Günay müəllimə qiymətləndirərək təbrik etdi. Daha sonra müxtəlif bilik yarışmalarında qalib gələn Əhmədzadə Səmranı və Osmanov Nərimanı bütün sinif şagirdləri təbrik etdilər. Eyni zamanda gimnastika yarışlarında yer tutan Abdullayeva Gülsüm də təbrik olunanlar sırasında oldu. 3 B sinfinə yeni uğurlar arzu edirik.