Ulu Öndər hər zaman qəlbimizdədir
Məktəbimizdə Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbirləri davam edir. Bu gün 3 A sinif şagirdləri Samirə İsmayılovanın rəhbərliyi ilə “Dəyirmi masa” keçirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı. Daha sonra Ümummilli liderimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbimizin tarix müəllimi Aygün Babayeva şagirdləri Ulu öndərimiz Heydər Əliyev haqqında məlumatlandırdı. Şagirdlərin çıxışları və hazırlanan video slaydlar tədbiri daha da maraqlı etdi. Tədbirdə məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini İsmixan Həsənov çıxış etdi. Məktəbimizdə Heydər Əliyevin şərəfinə ayrılan guşə şagirdlər tərəfindən ziyarət edildi və qərənfillər qoyuldu.