Ana dilindən "Nümunəvi dərs" keçirildi
Məktəbimizin 3-cü sinif müəllimi İsmayılova Samirə ana dili fənni üzrə "Nümunəvi dərs" keçirdi. Nümunəvi dərs "Leylək və bülbül" mövzusuna həsr olunmuşdu. Dərsdə cütlük olaraq iştirak edən şagirdlər onlayn interaktiv tapşırıqlar həll etdilər. Onlar bununla yanaşı "Fişbon" (mətnin məzmun və ideasını bir arada ifadə etmək) adlanan yeni resursdan da aktiv istifadə etdilər. Şagirdlər nümunəvi dərsdən çox razı qaldılar.