Məktəbdaxili monitorinq təşkil olundu

30 noyabr 2018-ci il tarixində 24№li tam orta məktəbdə 9-cu siniflər arasında məktəbdaxili monitorinq təşkil olundu. Monitorinqdə ilk dəfə şagirdlərin ingilis dili fənni üzrə dinləmə bacarıqlarının yoxlanılması prosesi baş tutdu. Dinləmə mətnlərinin hazırlanması və səsləndirilməsi bu prosesə cəlb olunmuş məktəb işçiləri tərəfindən həyata keçirildi.

Monitorinqin məqsədi təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların tədris prosesinə təsirinin müəyyənləşdirilməsi olmuşdur. Məktəbdaxili monitorinqin nəticəsinin şəffaf olması üçün nəzarətçilər qrupu təyin olundu. Monitorinq uğurla başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi