QİÇS-Həyatı dəyişən dörd hərf
Narkomaniya-bəşərin ən qorxulu bəlası! Qorxulu ona görə ki, bu bəlaya düçar olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. 1988-ci ildən etibarən hər il 1 Dekabr tarixi Ümumdünya QİÇS günü kimi qeyd olunur. Həmin gün adətən QİÇS-in yoluxma yolları ilə bağlı kütləvi informasiya vasitələrindən məlumatlar verilir və tədbirlər təşkil olunur. 30 noyabr 2018-ci il tarixdə məktəbimizdə- Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin təşkil olunmasında məqsəd şagirdləri pis vərdişlər, QİÇS və onun yoluxma yolları haqqında geniş şəkildə məlumatlandırmaq olmuşdur. Tədbirdə mövzu ilə bağlı maraqlı faktlar səsləndirilmiş və video çarxlar nümayiş olunmuşdur.