Şagirdimiz "Daşkənd sevincləri" müsabiqəsində iştirak edəcək
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığı məktubda 2018-ci ilin avqust-noyabr aylarında Daşkənd şəhərində Özbəkistan İncəsənət Akademiyası və Özbəkistan Xalq Təhsili Nazirliyi tərəfindən 5-15 yaşlı uşaqlar arasında “Daşkənd sevincləri” VII Beynəlxalq uşaq rəsmləri biennalesinin keçirildiyi bildirilir.
Cari ilin dekabr ayında yekunlaşacaq müsabiqədə iştirak etmək üçün Azərbaycan məktəbliləri də dəvət olunur. Sözü gedən müsabiqədə məktəbimizin 7C sinif şagirdi İsgəndərli Nurgün Siyasət qızı iştirak edəcəkdir.