Uşaqları və onların hüquqlarını qoruyaq
Ulu öndər Heydər Əliyev uşaqlar bizim gələcəyimizdir demişdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi də o cür olacaq.
Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir.
Uşaq hüquqları ilə bağlı məktəbimizdə, həm Azərbaycan, həm də rus bölmələri üzrə nümunəvi dərslər keçirilmişdir. Dərslər şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.
Məqsəd şagirdləri öz hüquq və vəzifələri haqqında daha geniş məlumatlandırmaq olmuşdur.