“Countries, sightseeings, traditions” mövzusunda dərs təşkil olundu
15 noyabr 2018-ci il tarixdə məktəbin ingilis dili müəllimi Cəfərova Günayın rəhbərliyi ilə 5C sinfində “Countries, sightseeings, traditions” mövzusunda nümunəvi dərs keçirildi. Dərs cütlərlə iş formasında təşkil olundu.
Dərsdə şagirdlər müxtəlif ölkələrin adət-ənənələri, məhşur yerləri və bayraqları haqqında ingiliscə nitq söylədilər, eyni zamanda həmin ölkələrin rəsmlərini çəkib təqdim etdilər. Dərs çox maraqlı keçdi.
Dərsin məqsədi, şagirdlərin dünyagörüşünü inkişaf etdirmək idi.