Müəllimimiz konfransda iştirak etmişdir

12-14 noyabr 2018-ci il tarixində eTwinning layihəsi çərçivəsində Quba şəhərində Milli Konfrans keçirilmişdir. “Layihə əsaslı öyrənmə” mövzusunda təşkil olunmuş Konfrans 3 gün davam etmişdir. Konfransa 50-dən çox müəllim  cəlb edilmişdir.

Konfransın əsas məqsədi müasir tədris metodologiyalarının tətbiqi üzrə təcrübə mübadiləsi və layihə əsaslı tədrisin müzakirəsi eyni zamanda, layihənin ölkə üzrə əhatə dairəsini genişləndirmək və müəllimlərin bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Məktəbimizin ingilis dili müəllimi Almuradova Ramilə də həmin konfransda iştirak etmişdir.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində Almuradova Ramilənin, ingilis dili fənni üzrə iştirak etdiyi layihələrdə məktəbimiz 3 milli keyfiyyət və 3 Avropa mükafatına layiq görülmüşdür. Layihədə məktəbin 4C və 7B sinif şagirdləri iştirak etmişlər.

Beynəlxalq əməkdaşlıq zəminində qurulan bu layihədə tək müəllim deyil, eyni zamanda şagirdlərimizdə mükafata layiq görülmüşlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi