Şagirdimiz "Ölkəmizi tanıyaq" layihəsində iştirak etdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən artıq bir neçə ildir ki, respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları keçirilir.
14 noyabr 2018-ci il tarixdə baş tutan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında məktəbimizi 9A sinif şagirdi Rzayev Hüseyn təmsil etdi.
Tur-aksiya çərçivəsində şagirdlər Lənkəran-Astara-Masallı şəhərlərinin tarixi abidələrini, görməli yerlərini və sosial iqtisadi inkişafı ilə yaxından tanış olmaq şansı əldə etməklə yanaşı, “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək intellektual, əyləncəli oyunlarda və yarışlarda iştirak edəcəklər.