İçərişəhərə ekskursiya

 

      Azərbaycan Təhsil Nazirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Bakı şəhərindəki ümumtəhsil məktəbləri şagirdlərinin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunur. Davamlı xarakter daşıyan ekskursiyaların əsas məqsədi zəngin tarixi və maddi-mədəniyyət abidələrimiz haqqında şagirdlərə dolğun məlumat verməkdən ibarətdir. 

         7.11.2018-ci il tarixində məktəbimizin 6A, 6B və 6C sinif şagirdləri də həmin ekskursiyalarda iştirak etmişlər. Uğurla davam edən ekskursiya məktəblilər tərəfindən böyük maraqla qarşılanmışdır. 

           Ekskursiyada həmçinin maddi-mənəvi irsimiz və tarixi abidələrimizlə bağlı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi