Müstəqilliyimiz əbədidir

    Məktəbimizdə 18 oktyabr-Müstəqillik Günü ilə əlaqədar debat keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlandı. Direktorumuz Şəhanə Əhmədova tədbiri açıq elan etdi. Debatı hazırlayan tarix müəllimimiz Rəhman Məmmədov şagirdlərə müstəqilliyimizin tarixi haqqında məlumat verdi. O, öz nitqində belə söylədi: ” 18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparmış və nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdir”. Daha sonra şagirdlər öz çıxışları ilə tədbirə rəng qatdılar. Şagirdlərin hər biri müstəqilliyimiz haqqında öz fikirlərini bildirdi. Sonda direktorumuz Şəhanə Əhmədova tədbirə münasibətini bildirdi, şagirdlərə öz tovsiyələrini çatdırdı. Təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Orucova da tədbir haqqında fikirlərini söylədi. Tədbir uğurla başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi