“Gəncliyimizi dünyəvi bəlalardan qoruyaq” adlı tədbir keçirildi
XX əsrin bəlalarından sayılan narkomaniya XXI əsrin də ən ağır problemləri sırasında qalmaqdadır. Gənclər və yeniyetmələr arasında narkomaniya ilə bağlı maarifləndirmə işlərinin səmərəliliyinin artırılması məqsədilə oktyabrın 12-də Xətai Rayon Polis İdarəsi məktəb kollektivimizlə birlikdə tədbir keçirdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləndən sonra direktorumuz Şəhanə Əhmədova tədbiri açıq elan etdi. Tədbirdə Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki Muradəli Babayev şagirdlərə narkomaniyanın insan həyatına vurduğu zərbələrdən, erkən nikahın yaratdığı fəsadlardan söhbət açdı. Daha sonra söz Xətai Rayon Polis İdarəsinin şəxsi heyyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı İdris Məhərrəmova verildi. O da şagirdlərə dini ekstremizmə qarşı birlikdə mübarizə aparmağı, internetdən istifadə zamanı diqqətli olmağı tövsiyə etdi. Şagirdlərə “Yol hərəkəti haqqında” qanunlara əməl etməyin vacibliyi haqqında məruzəni Xətai Rayon Yol polisi Şöbəsinin inspektoru polis mayoru Fərid Əhədov söylədi. Tədbir şagirdlərin verdikləri sualların cavablandırılması ilə başa çatdı.