2017-2018-ci tədris ilinin növbəti “Pedaqoji Şura” iclası keçirildi

            İyunun 20-də məktəbimizdə 2017-2018-ci tədris ilinin növbəti pedaqoji şura iclası keçirildi. İclasda məktəbin rəhbərliyi və bütün pedaqoji heyəti iştirak edirdi. Məktəbimizin direktoru Şəhanə xanım Əhmədova “Təhsildə keyfiyyət ili” çərçivəsində məktəbimizdə görülən işlər barədə söhbət açdı. Daha sonra məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Orucova ümumi orta təhsil üzrə IX və XI sinif şagirdlərinin imtahana buraxılmaları barədə məlumat verdi. O həmçinin 2017-2018-ci tədris ili ilə əlaqəli yekun nəticələri pedaqoji kollektivin nəzərinə çatdırdı. Rəhbərliyimiz müəllim kollektivini cari tədris ilində daha yüksək nəticələr üçün səy göstərməyə çağırdı. İclas uğurla sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi