Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar məktəbimizin akt zalında tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin oxunması və bayrağın zala gətirilməsi ilə açıq elan edildi. Cümhuriyyətin şəninə şeirlər söyləndi, musiqilər səsləndirildi. Rəqs nömrələri ilə davam edən tədbir müəllim və şagird kollektivinin çox marağına səbəb oldu. Tədbirin sonunda tarix müəllimi Rəhman Məmmədov və təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Orucova bu tarixi hadisə haqqında şagirdlərə ətraflı məlumat verdilər. Onlar tədbiri təşkil edənlərə öz razılıqlarını bildirdilər.