"Beynəlxalq Muzeylər Günü"nə həsr olunmuş ekskursiya
Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
Elə bu məqsədlə də məktəbimizin ibtidai sinif müəllimi Samirə İsmayılovanın təşkilatçılığı ilə 2 A sinif şagirdləri Bakı muzeylərinə səfər etmişdilər. Şagirdlər muzeylər haqqında geniş məlumatlandırıldılar.