“Sağlam davranış” və “Ətrafımıza faydalı olaq” layihələri marağa səbəb oldu
Məktəbimizin biologiya müəllimi Hüseynova Sevdanın təşkilatçılığı ilə “Sağlam davranış” və “Ətrafımıza faydalı olaq” layihələri hazırlanmışdır. Layihə çərçivəsində şagirdlərimiz 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində qonaq oldular. Onlar həmçinin layihə əsasında şəhidlərin şərəfinə ucaldılmış xatirə lövhələrinin ətrafında təmizlik işləri aparmışdılar. Məktəbdə layihəyə uyğun olaraq sərgi də qurulmuşdur. “Sağlam olaq” klubunda fəal iştirakına görə məktəbimiz “Tərifnamə” ilə təltif olunmuşdur.