Ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunmuş "Açıq dərs"
2-ci sinif şagirdləri sinif rəhbərləri Samirə İsmayılovanın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş "açıq dərs" keçirdilər. "Açıq dərs" Azərbaycan himninin oxunması ilə başladı. Daha sonra şagirdlərimiz Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti, Azərbaycanın müstəqilliyi uğrunda gördüyü işlər haqqında fikirlərini paylaşdılar. Onlar Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər. Şagirdlər divar qəzetləri düzəltdilər. Məktəb rəhbərliyi "açıq dərs"dən məmnun qaldı.