Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir
Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Növbəti tədbiri tarix müəllimi Qələndərova Xəyalə hazırlamışdı. 5-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən yubiley tədbiri Azərbaycanın himni ilə açıq elan olundu. Sonra Ümummilli lider haqqında məlumat səsləndirilərək bədii hissəyə start verildi.
Bədii hissədə Heydər Əliyevin həyat yolu ilə bağlı slaydlar təqdim olundu, şagirdlərin ifasında rəqslərə tamaşa edildi və şeirlər səsləndirildi.
Sonda məktəbin direktoru Şəhanə xanım Əhmədova şagirdlərə və digər iştirakçılara təşəkkür etdi. O, ulu öndər haqqında danışaraq bildirdi ki, bu gün ölkəmiz milli intibahının şərəfli mərhələsini yaşayır. Ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən böyük layihələr, Azərbaycanın müasirləşməsi Ulu Öndərin əsasını qoyduğu yolun davamıdır.